AZ

Polşa Prezidenti İrəvanda sülh sazişini müzakirə edəcək

Noyabrın 25-də Polşa Prezidenti Anjey Dudanın Ermənistana rəsmi səfəri başlayıb.

“Cebheinfo.az”-ın məlumatına görə, Anjey Dudanın bu gün Ermənistan rəhbərliyi ilə rəsmi danışıqları olacaq.

Polşanın dövlət başçısı öncə Ermənistan Prezidenti Vaahn Xaçaturyanla görüşəcək. Əvvəlcə, prezidentlər ayrıca görüş keçirəcək, daha sonra geniş tərkibdə danışıqlar davam etdiriləcək, sonda isə media nümayəndələri üçün birgə açıqlama verəcəklər. Günün ikinci yarısında Polşa Prezidenti Baş nazir Nikol Paşinyanla və Milli Assambleyanın sədri Alen Simonyanla görüşəcək:

“Danışıqların əsas mövzularından biri regiondakı vəziyyət və Ermənistanla Azərbaycan arasında sülh prosesidir”, - Polşa Prezidentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Mesko Pavyak belə deyib.

“Ermənistan və Azərbaycan arasında sülh prosesi davam edir və ümid edirik ki, bu, tezliklə başa çatacaq”, - deyən Pavyak jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Duda iki həftə əvvəl Bakıda keçirilən COP29 konfransında iştirak edib və Azərbaycan Prezidenti ilə görüşüb.

O, həmçinin Ermənistan-Azərbaycan münasibətlərindəki vəziyyəti və sülh prosesini müzakirə edib. “Rəsmi Azərbaycan tərəfi ilə danışıqların təfərrüatlarına varmadan indi Ermənistan tərəfi ilə danışmağın vaxtıdır”,- deyə Polşa Prezidentinin nümayəndəsi qeyd edib. Bu, son 13 ildə Polşa Prezidentinin Ermənistana ilk səfəridir.

Müşfiq Abdulla

“Cebheinfo.az”

Seçilən
10
17
cebheinfo.az

10Mənbələr