AZ

Bakıda 21 yaşlı qız itkin düşdü

Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən, 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun əlamətləri: boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa, qara rəngli və gözləri qəhvəyidir.
Onu görən və ya harada olduğunu bilən şəxslərdən DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə, 
(+994 12) 590-72-03; 
(+994 12) 456-03-02; 
(+994 51) 571-03-11; 
(+994 55) 211-81-74;
 (+994 50) 222-82-80 
nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Ə.Əzimova bundan əvvəl də dəfələrlə yaşadığı ünvanı xəbərsiz tərk edib və polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Seçilən
3
22
unikal.az

10Mənbələr