AZ

Elçin Məsiyev “Serkl Brügge” - “Harts” matçını idarə edəcək

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Avropa Konfrans Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Elçin Məsiyev Liqa mərhələsinin 4-cü turu çərçivəsində Belçikanın “Serkl Brügge” və Şotlandiyanın “Harts” komandaları arasında keçiriləcək oyunun baş hakimi olacaq.

Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

“Serkl Brügge” – “Harts” oyunu noyabrın 28-də Brügge şəhərində yerləşən “Jan Breydel” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Seçilən
48
arena.az

1Mənbələr