AZ

Etirazlara səbəb olan bank olmayan kredit təşkilatlarının QAYDALARI DƏYİŞDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son illər "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarına (BOKT) üz tutan insanların sayı artıb. Bu kimi təşkilatların kredit faizləri və şərtləri zaman-zaman vətəndaşlar tərəfindən etirazla qarşılanırdı.
Oxu.Az xəbər verir ki, artıq məsələyə ciddi nəzarət olunacaq və bank olmayan kredit təşkilatlarının fəaliyyəti "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası" əsasında təşkil olunacaq.
Qərara əsasən, BOKT-ların verdiyi gündəlik kredit aşağıdakı tələblərə cavab verməlidir:
- milli valyutada verilir;
- borcalana birdəfəlik verilmiş kreditin maksimum məbləği 500 manatdır;
- gündəlik faiz dərəcəsi maksimum 0.3%-dir;
- qaytarılma müddəti maksimum 45 gündür;
- gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır;
- kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox olmamalıdır;
- gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır;
- təminatı qismində daşınmaz və ya daşınar əmlak çıxış etmir;
- restrukturizasiya olunmur.
Buradan belə nəticəyə gəlmək olar ki, bundan sonra "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatları ən çox 500 manat kredit verə biləcəklər və gündəlik faiz dərəcəsi maksimum 0.3 faiz ola bilər. Yəni 500 manat kredit üçün aylıq 45 manat faiz hesablana bilər və borcun qaytarılma müddəti də 45 gün olacaq.
Ən problemli məsələlərdən biri isə gecikdirilmiş borclarla bağlı idi. Bu məsələdə öz həlini tapıb. Gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır. Gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır. Kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox olmamalıdır.
Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılıb ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Seçilən
10
oxu.az

1Mənbələr