AZ

Kamala Harrisin GƏLƏCƏK PLANLARI - Mümkün variantlar AÇIQLANDI

Kamala Harris prezident seçkilərində məğlubiyyətə uğradıqdan sonra ailəsi və məsləhətçiləri ilə Havay adalarında vaxt keçirir və gələcək siyasi addımlarını nəzərdən keçirir. Belə ki, mümkün variantlar arasında 2028-ci il prezident seçkilərində iştirak etmək və ya 2026-cı ildə Kaliforniya qubernatorluğuna namizəd olmaq daxildir.

Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Məlumata görə, Harris kampaniya zamanı 74 milyondan çox səs toplayaraq əhəmiyyətli siyasi kapitalını qoruyur. Hələlik yekun qərarını verməsə də, onun komandası ictimai imicini və Demokratik Partiya daxilində əlaqələrini qorumağa çalışır.

Bəzi Harris tərəfdarları onun Kaliforniya qubernatoru seçkilərində iştirak etməsinin gələcək seçkilər üçün mövqelərini gücləndirə biləcəyini düşünür. Lakin qubernator vəzifəsini prezident seçkilərinə hazırlıqla birləşdirmək çətin ola bilər. Digər tərəfdən, bəzi mütəxəssislər Harrisə bir az ara verməsini və növbəti addımlarını diqqətlə düşünməsini tövsiyə edirlər.

Məqalədə vurğulanır ki, tənqidlərə baxmayaraq Harris hələ də Demokratik Partiyanın əsas fiqurlarından biri olaraq qalır və mübarizədən çəkilmək niyyətində deyil.

Musavat.com

Seçilən
14
1
musavat.com

2Mənbələr