“Amerika siyasətçiləri və jurnalistləri nüvə silahının Kiyevə ötürülməsinin nəticələrini ciddi şəkildə müzakirə edirlər. Deyəsən, bəşəriyyətin əhəmiyyətli bir hissəsini özü ilə apararaq zərifcəsinə ölməyə qərar verən dəli qoca Bayden haqqında kədərli zarafatım qorxulu reallığa çevrilir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqram kanalında yazıb.
O bildirib ki, ABŞ Ukraynaya nüvə silahı ötürsə, o zaman Rusiya bunu nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin Əsaslarının bəndində nəzərdə tutulan hücum aktına bərabərləşdirəcək:
“Nüvə silahlarını ən böyük nüvə gücü ilə müharibə edən bir ölkəyə ötürmək? İdeyanın özü o qədər absurddur ki, belə bir addımın məqsədəuyğunluğunu müzakirə edənlərin hamısında paranoid psixozun olması ilə bağlı şübhələr yaradır. Yenə də cəfəngiyatı şərh etməliyəm.
Birincisi, nüvə silahının Kiyev rejiminə ötürülməsi təhlükəsinin özü Rusiya ilə nüvə münaqişəsinə hazırlıq sayıla bilər. İkincisi, bu cür silahların faktiki ötürülməsi nüvə silahına qarşı dövlət siyasətinin Əsaslarının 19-cu bəndinə uyğun olaraq ölkəmizə qarşı həyata keçirilmiş hücum aktına bərabər tutula bilər. Nəticələri göz qabağındadır”.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta