ABŞ Rusiyanın Polşanın Redzikovo şəhərində yeni hava hücumundan müdafiə bazasını məhv etməklə hədələməsini şərh edib. Vaşinqtonda hesab edirlər ki, bu sözlər ciddi qəbul edilməlidir.
Poliqon xəbər verir ki, bunu Ağ Evin kommunikasiyalar üzrə müşaviri Con Kirbi brifinq zamanı deyib.
"Bu cür təhdidlərə ciddi yanaşmaq lazımdır və biz də bunu edirik. Nə qədər ehtiyatsız və məsuliyyətsiz olsalar da, biz onları ciddi qəbul edirik", deyə Ağ Ev rəsmisi bildirib.
Kirbi qeyd edib ki, ABŞ prezidenti Co Bayden Amerika qoşunlarının Avropa qitəsində təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir. O, Vaşinqtonun NATO müttəfiqləri qarşısında beşinci maddə üzrə öhdəliklərinə ciddi yanaşdığını vurğulayıb.
Jurnalistlər Kirbidən Ukraynanın ATACMS raket sistemlərindən nə dərəcədə effektiv istifadə etdiyi barədə də soruşublar. O, cavab verib ki, bu silahlar ilk növbədə özünümüdafiə üçün istifadə olunur:
"İndi onlar lazım gələndə ATACMS-dən özünümüdafiə üçün istifadə edə bilərlər. Məlum səbəblərdən bu, Kursk vilayətində və Kursk ətrafında baş verir. Mən ukraynalılara ATACMS və hədəfləmə prosedurlarından necə istifadə etdiklərini, onlardan nə üçün yararlandıqlar və nə qədər yaxşı işlədiklərini deməyə icazə verərdim".
Poliqon.info