AZ

Naməlum PUA-lar Britaniya hərbi-hava bazaları üzərində uçublar

ABŞ ordusunun da istifadə etdiyi Kral Hərbi Hava Qüvvələrinə məxsus üç hərbi-hava bazası üzərində bir neçə naməlum pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Herbiand.az bildirir ki, bu barədə “The Guardian” qəzeti ABŞ Silahlı Qüvvələrinin Avropadakı komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb.

“Kiçik pilotsuz uçuş aparatları” noyabrın 20-dən 22-dək İngiltərənin şərqində - Saffolkdakı Leykenhit və Mildenholl bazaları üzərində və Norfolkdakı Feltuell bazası yaxınlığında uçub. ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, bu PUA-ların düşmən hesab edilib-edilməməsi hələ aydın deyil.

Nəşrin həmsöhbəti hərbçilərin obyektləri “müdafiə etmək hüququnu” özündə saxladığını deyib, lakin onların hər hansı tədbir görüb-görmədiyini dəqiqləşdirməyib. O, əlavə edib ki, dron uçuşları kritik baza infrastrukturunun və ya kontingentlərin fəaliyyətinə təsir göstərməyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
11
herbiand.az

1Mənbələr