AZ

Azərbaycanın sığorta bazarında son vəziyyət - YENİ RƏQƏMLƏR

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 112 milyon 27 min manat sığorta haqqı toplanılıb.

“Marja.az” Azərbaycan Mərkəzi Bankınının statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,05 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 622 milyon 301 min manat təşkil edib. Bu isə illik müqayisədə 36,8 % çoxdur.

10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,6 manat olub.

sığorta bazarı
Seçilən
5
5
marja.az

6Mənbələr