Almaniya kansleri Olaf Şolz Ukrayna ilə bağlı siyasətin Bundestaq seçki kampaniyasının mühüm məsələlərindən birinə çevriləcəyini bildirir.
Herbiand.az “Alman Dalğası”na istinadən xəbər verir ki, o, bu barədə noyabrın 25-də ZDF televiziyasının efirində bildirib.
Şolzun hesab edir ki, hazırda Avropada müharibə gedir və bu, vətəndaşları narahat edir. "Bu müharibədə necə ağıllı davranmaq barədə yaxşı düşünmək lazımdır”.
Kansler xatırladıb ki, Almaniya Ukraynaya yardım baxımından dünyada ikinci ölkə olub, lakin eyni zamanda ona qanadlı raketlər ötürməyib və Rusiya ərazisinə öz silahları ilə zərbə endirməyə icazə verməyib: "İnanıram ki, bu, vətəndaşların əksəriyyətinin dəstəklədiyi kursdur".
Siyasətçi Rusiya prezidenti Vladimir Putinlə son telefon danışığına da münasibət bildirib. Onun sözlərinə görə, Ukraynada hərbi məqsədlərinə nail olmaqda israrlı olduğu üçün Rusiya lideri ilə söhbət xoş olmayıb. Lakin onun fikrincə, bu cür söhbətlər vacibdir, çünki onlar rəqibi qoşunları işğal olunmuş ərazilərdən çıxarmağa çağıra bilər.