AZ

Hindistan Ermənistanı silahlandırmağa davam edir

Bakı,TurkicWorld

Hindistan Ermənistana “Pinaka” reaktiv yaylım atəşi sistemlərini tədarük etməyə başlayıb.

TurkicWorld xəbər verir ki, eyni zamanda Hindistan “Akaş” hava hücumundan müdafiə roket sistemlərinin tədarükünü davam etdirir.

Pinaka Çoxlüləli Roketatar (MLR) sistemlərinin ilk partiyası Ermənistana gəlib.

Hindistan və Ermənistan arasında bu təchizat prosesi təxminən iki il davam edən danışıqlar nəticəsində imzalanmış müqaviləyə əsaslanır.

Ermənistan, ABŞ və Fransa ilə birlikdə Hindistanın müdafiə avadanlığı ixracının ən böyük üç alıcısından biri kimi seçilir.

Qeyd edək ki, Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı (DRDO) tərəfindən hazırlanmış Pinaka çoxlüləli reaktiv yaylım atəşi sistemi yüksək atəş gücü və uzun mənzilli xüsusiyyətlərə malikdir. Pinaka Mark-I Enhanced versiyasında 45 kilometr, Mark-II ER versiyasında isə 90 kilometr məsafə qət edə bilər. Hər bir buraxılış qurğusu 44 saniyə ərzində 12 yüksək partlayıcı roket buraxa bilir.

Seçilən
7
turkic.world

1Mənbələr