AZ

UEFA ilə hədələnən azərbaycanlı futbolçu geri qayıdıb

Mövsümün əvvəlində Albaniya təmsilçisi "Bilis"lə anlaşan, ancaq Avropada karyerası istədiyi kimi alınmayan Amil Yunanovun Vətənə qayıtdığını xəbər vermişdik.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, 31 yaşlı forvard yenidən "Bilis"in düşərgəsinə qayıtmağa məcbur olub.

Albaniya klubu komandanı özbaşına tərk edən futbolçunu geri dönməyə məcbur edib. Əks halda, ondan UEFA-ya şikayət olunacağı deyilib.

Qeyd edək ki, Amilin "Bilis"lə anlaşmasının müddəti 2024-ci ilin iyununadək nəzərdə tutulub.

İdman.biz

Seçilən
12
3
idman.biz

10Mənbələr