Ukraynanın müdafiə naziri Rustem Umerov Cənubi Koreyaya səfər edəcək.
Missiya.Az “South China Morning Post”a istinadən xəbər verir ki, səfər noyabrın 27-də baş tuta bilər.
Bildirilir ki, Ukrayna nümayəndə heyəti Seulda hərbi yardımın göstərilməsi imkanlarını müzakirə edəcək.
Məlumata görə, Kiyev zenit-raket və artilleriya sistemlərinin daxil olduğu sorğuların siyahısını Seula təqdim etməyi planlaşdırır.
Xatırladaq ki, Cənubi Koreya prezidenti Yoon Suk-yeol bu yaxınlarda bəyan etmişdi ki, Seul Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın inkişafından asılı olaraq Ukraynaya silah tədarükünü nəzərdən keçirməyə hazırdır.
Daşqın HəsənovMissiya.Az