AZ

Azərbaycanla Ermənistan arasında sülh sazişi Qafqaz regionunda sabitliyi təmin edəcək - Yaşar Gülər

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında sülh sazişi Qafqaz regionundasakitliyi və sabitliyi təmin edəcək.

Trend xəbər verir ki, bunuTürkiyənin milli müdafiə naziri Yaşar Gülər parlamentin plan-büdcəkomissiyasında Milli Müdafiə Nazirliyinin 2025-ci il büdcəsininmüzakirəsi zamanı deyib.

O, Bakı ilə İrəvan arasında genişmiqyaslı sülh sazişininimzalanmasının vacibliyini vurğulayıb.

Milli müdafiə naziri terrorla mübarizədə əldə olunan uğurlarbarədə də məlumat verib. O qeyd edib ki, Türkiyə SilahlıQüvvələrinin antiterror əməliyyatları çərçivəsində təkcə bu ilinəvvəlindən regionda fəaliyyəti qadağan edilmiş təşkilatların 2654silahlısı zərərsizləşdirilib.

Nazirin sözlərinə görə, son illər Türkiyə ordusu terrorlamübarizə strategiyasını dəyişib.

“Hədəflərin dəqiq müəyyən edilmiş siyahısı ilə qısamüddətlizərbələr əvvəlcədən müəyyən edilmiş müddətlər olmadan genişmiqyaslıəməliyyatlarla əvəzlənib. Belə bir strategiya terrortəşkilatlarına, xüsusilə də PKK-ya güclü zərbə vurmağa imkanverdi”, - deyən Y.Gülər Türkiyəyə qarşı terror təhlükəsini tamamiləaradan qaldırmaq əzmini də vurğulayıb.

Türkiyəli nazir terrorizmlə mübarizədə region ölkələri arasındaəməkdaşlığın vacibliyinə diqqət çəkərək bildirib ki, İraq hökumətiilə əldə olunmuş razılaşmalara əsasən, bu sahədə konkret addımlaratılır.

Kiprdəki vəziyyətə gəlincə, Yaşar Gülər qeyd edib ki, Ankara“adanın yunan icmasının sabitliyi təhdid edən hərəkətlərini”diqqətlə izləyir.

Nazir əlavə edib ki, Türkiyə “humanitar fəaliyyət bəhanəsi iləKiprin cənubunda xarici dövlətlərin fəallığının artmasını” müşahidəedir.

Seçilən
44
1
az.trend.az

5Mənbələr