Kosta-Rikada Cessna 206 yüngül təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.
Bu barədə xilasedicilərə istinadən "La Nación" məlumat yayıb.
Təyyarədə altı nəfərin olduğu qeyd edilir. Hadisə nəticəsində iki ekipaj üzvü və üç sərnişin həlak olub. İki qurbanın cəsədi təyyarədə, qalanları isə ərazidə tapılıb.
31 yaşlı qadın sağ qalmağı bacarıb. O, huşunu itirmişdi, lakin hazırda vəziyyəti ağırdır.