Hindistanda “Google Maps” bir avtomobili yarımçıq körpüyə yönəldirərək, oradan düşməsinə və 3 nəfərin ölümünə səbəb olub.
KONKRET.az xəbər verir ki, göstərilən qısayoldan istifadə etmək qərarına gələn sürücü duman səbəbindən görmə məsafəsinin az olması ilə birlikdə 60-80 km/saat sürətlə hərəkət edərkən əyləc basmağa çalışsa da, vaxtında dayana bilməyib və avtomobil 8 metrdən çaya uçub.
Nəticədə 3 sərnişin isə hadisə yerində həyatını itirib.
Məlik
KONKRET.az