AZ

Naxçıvanda sahibkarlara bir sıra vergi güzəştlərinin tətbiq edilməsi təklif edilib

Naxçıvanda sahibkarlara bir sıra vergi güzəştlərinin tətbiq edilməsi təklif edilib.

"APA-Economics" xəbər verir ki, təklifləri Naxçıvan MR Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov açıqlayıb.

O bildirib ki, Naxçıvanda qeydiyyatda olan hüquqi şəxslərin səhmdarları və payçılarının divident gəlirləri 2025-ci yanvarın 1-dən 10 il müddətinə vergidən azad edilsin:

"Dövlət satınalmalarında Naxçıvanda qeydiyyatda olan və fəaliyyət göstərən şirkətlərə üstünlük verilsin, Sahibkarlığın İnkişafı Fondunun biznes kreditlərində Naxçıvan Muxtar Respublikasına xüsusi kvotanın ayrılmasını təklif edirik. Əlavə olaraq, Naxçıvanda işçilərin məcburi sosial sığorta haqqlarının subsidiyalaşması və əmək haqqlarının müştərək maliyyələşməsi nəticəsində əhalinin məşğulluğunun artırılmasını təklif edirik", - deyə qeyd edib.

Qeyd edim ki, ötən il Naxçıvan SİF-dən ən az vəsait alan region olub.

Seçilən
21
apa.az

1Mənbələr