AZ

Pensiya təminatı məsələsinə yenidən baxılması təklif olunur

Azərbaycanda pensiya təminatı məsələsinə yenidən baxılmalıdır. Bunu deputat Arzuxan Əlizadə deyib.  
 
"Pensiya təminatı məsələsinə yenidən baxılmalıdır. Azərbaycanda insanların ömür yaş həddi yüksək deyil. Statistika göstərir ki, hər il pensiyaçıların sayı azalır. Təklif edirəm ki, şəxs pensiyaya çıxandan sonra fərdi sahibkar qismində işləmək istəyirsə, pensiya fondunda yığılan pulun bir hissəsi ona verilsin. Həmçinin şəxs dünyasını dəyişərsə onun pensiya fonduna yığılan vəsait ailə üzvlərinə verilsin", - deputat noyabrın 26-da  Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.  
 
Deputat həmçının söyləyib ki, şəxs pensiyaya çıxandan sonra onun təqaüdə göndərilməsi məsələsi könülük prinsipi əsasında olmalıdır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
21
anews.az

1Mənbələr