Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan sığorta bazarı üzrə yığımlar 1 milyard 112 milyon 27 min manat olub.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu dövrdə sığorta ödənişlərin həcmi 622 milyon 301 min manat təşkil edib.
Bu dövrdə könüllü sığorta üzrə yığımlar 829 milyon 102 min manat təşkil edib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 80 milyon 212 min manat və ya 10,7% çoxdur.
Könüllü sığorta sinfi üzrə sığorta ödənişlərinin həcmi də 145 milyon 717 min manat, yaxud da 40% artaraq 510 milyon 256 min manata çatıb.
Əvəz Həsənov