AZ

Deputatdan XƏBƏRDARLIQ: “1500 məktəb bağlansa...”

“Hazırda elmi dərəcələrə görə, fəlsəfə doktorları 60, elmlər doktorları 100 manat vəsait alır. Vəsaitin yeni layihələrin icrasına qədər az da olsa, artırılmasını təklif edirəm”.

Bizim.Media xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov 2025-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı deyib.

O, bağlanma təhlükəsi ilə üz-üzə olan məktəblərin bağlanmasının əleyhinə olduğunu bildirib:

“Rəsmi rəqəmlərə görə, təxminən 4400 məktəbdən 1500-nün bağlanması planlaşdırılır.

Vəsaitin lazım olduğunu başa düşürəm, amma məktəblərin bağlanması o ərazilərin boşalmasına gətirib çıxaracaq”.

Deputat, həmçinin, bölgələrdə yeni iş yerlərinin açılması məsələsinə də daha çox diqqət ayrılmasını təklif edib:

“Bölgələrdən müraciətlərin çoxu iş və ya maddi dəstəklə bağlı olur”.

Günay Şahmar, Bizim.Media

Seçilən
13
bizim.media

1Mənbələr