AZ

Qaz böhranı Avropanı təhdid edir

Qaz

Avropada qaz böhranı riskinin artacağı proqnozlaşdırılır. "Bloomberg" qazla bağlı həyəcanlı fikirlərin əsassız olmadığını yazır.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, çox tezliklə Avropada qazla bağlı böyük problemlər yaşanacaq.

Bildirilir ki, hazırda qaz ehtiyatı ilə bağlı vəziyyət acınacaqlı və çox mürəkkəbdir. Üstəlik, Avropada soyuq havalar istilik üçün qaza tələbatı kəskin artıb.

"Bloomberg" noyabr ayının 23-də bəyan edib ki, anbarlardakı qaz ehtiyatının get-gedə azalması, üstəlik, Rusiyadan qaz tədarükünün potensial həddə azaldılması Avropanı yeni qaz böhranı ilə təhdid edir.

Qeyd olunur ki, qaza olan tələbat kəskin artıb, üstəlik, küləklə işləyən elektrik stansiyalarının ərazisində zəif küləyin enerji mənbəyindən elektrik enerjisi istehsalı üçün tamamilə istifadə edilməsinə imkan verməməsi problemini həllini çətinləşdirir. Bu isə mövcud vəziyyəti daha da ağırlaşdırır.

"Bloomberg" yazır:

"Rusiyanın Ukraynaya qarşı apardığı müharibə 2024-cü ildə qazın qiymətinin təxminən 45 faizədək artmasına səbəb olub. Qiymət səviyyələri 2022-ci il rekordları ilə müqayisədə xeyli aşağı olsa da, bu qiymət ev təsərrüfatları üçün yaşayış böhranını kəskinləşdirmək, eləcə də mübarizə aparan istehsalçılara rəqabət təzyiqini artırmaq üçün kifayət qədər yüksəkdir. Avropa ölkələri onu da nəzərə almalıdır ki, belə bir durumda ən çox Almaniya zərər çəkə bilər".

Nəşr yazır ki, başqa risk faktorları kimi ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükündə mümkün gecikmələri və kifayət qədər soyuq qış proqnozunun sərt şəkildə özünü doğrultması Avropanı tamamilə çıxılmaz vəziyyətə sala bilər.

Oqtay QORÇU

Seçilən
36
reyting.az

1Mənbələr