AZ

İsrail ordusu Beyrut əhalisinə xəbərdarlıq etdi

İsrail hərbçiləri qarşıdan gələn hava hücumları ilə əlaqədar Təhvitə əl-Qədir bölgəsinin və şəhərin cənub kənarındakı Burj əl-Bərəcnə qaçqın düşərgəsinin sakinlərini təcili olaraq təhlükəsiz yerə təxliyyə etməyi tövsiyə edib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusunun sözçüsü Avicai Edri X-də ərəb dilində Beyrutun cənubunda "Hizbullah"ın şübhəli obyektlərinə gözlənilən hava hücumu ilə bağlı xəbərdarlıq edib.
O, üzərində vurulacaq yerlərin qeyd olunduğu xəritələr qoyub.

"Özünüzün və ailə üzvlərinizin təhlükəsizliyi üçün Təhvitə əl-Qədir ərazisini və Burj əl-Bərəcnədəki bir neçə məhəlləni dərhal tərk etməli və onlarla ən azı 500 m məsafə saxlamalısınız. İsrail ordusu yaxın vaxtlarda bu ərazilərə qarşı intensiv əməliyyatlara başlayacaq", - mesajda deyilir.

Seçilən
11
ucnoqta.az

1Mənbələr