“Yeni məktəbəqədər və orta təhsil müəssisələri inşa edilməlidir”. “Qafqazinfo” xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib. “Əksər ərazilərdə ciddi şagird sıxlığı var. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır.Düşünürəm, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda bu məsələ kəndlərin sürətli boşalmasına gətirib çıxaracaq”, - deyə deputat bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta