Bakı. Trend:
Gürcüstan parlamenti bu gün keçirilən plenar iclasda prezidentseçkilərinin tarixini təsdiqləyib.
TrendGürcüstan KİV-ə istinadən xəbər verir ki, daha əvvəl GürcüstanParlamentinin sədri Şalva Papuaşvili Gürcüstanın prezidentseçkilərinin dekabrın 14-də keçirilməsi təklifi ilə parlamentəmüraciət etmişdi.
Məlumata əsasən, səsvermədə 85 deputat iştirak edib. Onlardan80-i seçkilərin 14 dekabr tarixində keçirilməsinin lehinə səsverib, əleyhinə səs verən olmayıb.
Yeni prezidentin andiçmə mərasimi isə 29 dekabrda baştutacaq.
Qeyd edilib ki, prezidentin seçilməsinin yeni qaydasına əsasən,prezident artıq birbaşa qaydada, yəni ümumxalq seçkiləri yolu iləseçilməyəcək və parlament prezidenti seçmək səlahiyyətinə malikolacaq.
“ 300 üzvdən ibarət Seçicilər Kollegiyası Gürcüstan Prezidentinidebatlar olmadan, açıq səsvermə yolu ilə beş il müddətinə seçəcək.Mərkəzi Seçki Komissiyası Seçicilər Kollegiyasını təsdiqedəcək.
Bununla yanaşı, Seçicilər Kollegiyasının ən azı 30 üzvüprezidentliyə namizəd irəli sürmək hüququna malik olacaq. SeçicilərKollegiyasının bir üzvü yalnız bir namizədin irəli sürülməsinidəstəkləyə bilər. Seçicilər Kollegiyasının tam tərkibinin üçdəikisinin səsini toplayan namizəd seçkilərin birinci turundaseçilmiş hesab ediləcək. Namizəd qeyd olunan göstəriciyi toplayabilmədikdə, sadə səs çoxluğu ilə seçimin ediləcəyi ikinci səsverməkeçiriləcək”, - məlumatda bildirilib.
Qeyd edək ki, Gürcüstan konstitusiyasına əsasən, 40 yaşındanyuxarı, ölkədə azı 15 il yaşamış Gürcüstan vətəndaşı prezidentseçilə bilər.
Salome Zurabişvili 2018-ci ilin noyabrın 28-də Gürcüstanınbeşinci prezidenti seçilib, dekabrın 16-da isə andiçmə mərasimikeçirilib.