AZ

Milli Məclisdə qaz limiti, köklü qərar və pul ayrılması təklifləri - Deputatlar

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci il büdcəsinin müzakirəsi davam edir.

Ölkə.Az xəbər verir ki, büdcə zərfinin müzakirəsi zamanı çıxış edən deputatlar əsasən təmsil etdiyi seçicilərin problmelərinin hökumət qarşısında qaldıraraq həllini təklif edirlər.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov əsasən dağ rayonlarında şagirdlərin azaldığından narahatlığını dilə gətirib. “Ailələr müxtəlif səbəblərdən kəndləri tərk edir və bu səbəbdən də hər il dağ rayonlarında şagirdlər azalmaqdadır. Bu, narahatedici məqamdır. Ona görə də bu məsələ ilə əlaqəli köklü qərar verməyə ehtiyac var”, - komitə sədri qeyd edib.

Deputat İlham Məmmədov isə bildirib ki, Yevlax və Mingəçevirdə əhalinin üzləşdiyi əsas problemlərdən biri Yevlax şəhərini 17 kəndlə birləşdirən körpünün yararsız vəziyyətə düşməsidir. “Nəticədə insanlar əlavə 8-9 km məsafə qət edərək yol getməli olurlar. Digər məsələ isə Yevlax rayonunun kəndlərinin içməli su problemi var. Hökuməti bu  məsələlərə, eyni zamanda, rayonun bəzi yaşayış məntəqlərinin qazalaşdırılmasına həssaslıqla yanaşıb problemin həllinə diqqət yetirməsini istəyirik”, - o qeyd edib.

Deputat Əli Məsimli isə bildirib ki, 2016-cı ildən 2024-cü ilədək ölkə iqtisadiyyatının inkişafı məqsədilə 150 milyard həcmində investisiya ayrılıb, bundan əlavə olaraq, 160 milyard manat həcmində kredit götürürülüb. "Bu 310 milyard manatın çox cüzi qismi bölgələrdə yerli istehsala və rəqabətəqabliyyətli istehsala yönəldilsəydi, ötən 9 ildə tamamilə yeni Azərbaycan yaratmaq olardı”, - o qeyd edib.

Monopolistlərin yerli istehsala ciddi maneə yaratdığını deyən Məsimli bildirib ki, müxtəlif vasitələrdən istifadə edərək rəqiblərini sıradan çıxarırlar: “Bu istiqamətdə digər ciddi məsələ isə monopolistlərin bəzi sahələri çıxmaqla gəlirli sahələrə əl qoymalarıdır”.

Məsimli eyni zamanda bölgələrin qazlaşdırılmasını, qaz limitinin isə tədricən aradan qaldırılmasını hökumətə təklif edib.

Deputat Azər Badamov da Qusarın qazlaşdıırlmasını və həmçinin “Bənövşə gölü” su anbarının bərpası məsələsini hökumət qarşısında  qaldırılıb. “Qusar şəhərinin yanındakı “Bənövşə gölü” su anbarı Qusar şəhəri və ətraf kəndlərini uzun illər içməli və təsərrüfat suyu ilə təmin edib. Amma son illər baxımsız qalıb və qurudularaq yararsız hala gətirilib. Dünyada baş verən iqlim dəyişiklikləri şirin su mənbələrinin azalmasına gətirib çıxarır. Bu baxımdan su anbarlarının tikilməsi və bərpası çox aktual məsələdir. Bütün bunları nəzərə alaraq müvafiq qurumdan Qusar şəhərinin yanında yerləşən “Bənövşə gölü” su anbarının bərpasını diqqətdə saxlanılmasını xahiş edirəm”, - deyə deputat bildirib.

Deputat Soltan Məmmədov ilk olaraq icbari tibbi sığorta sisteminin tətbiqi və son illərdə xidmətlər zərfinə daxil olan tibbi müdaxilələrin sayının artırılmasını təqdir edərək, bunu müsbət addım hesab etməklə yanaşı, bir sıra prioritet səhiyyə məsələlərinin həlli üçün dövlət proqramlarının gələcəkdə icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfinə daxil edilməsi daha məqsədəuyğun hesab edib. 

Mürtəza
Ölkə.Az

Seçilən
41
50
olke.az

10Mənbələr