"Kardeşlerim" serialının ulduzu Eylül Lize Kandemir dəvət aldığı gecəsində tərzi ilə gündəm olub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, son zamanlar "Yalı Çapkını"nın ulduzu Mert Ramazan Dəmirlə adı hallanan gənc aktrisa gecəyə olduqca iddialı libası ilə qatılıb.
Gecədə qara libası ilə gündəmə gələn gənc aktrisa paltarının yuxarı hissəsində kifayət qədər cəsarətli olub. Sosial şəbəkələrdə geyimlə bağlı çoxlu şərhlər olub. Bəziləri "Cəsur olmaq istəyib, alınmayıb", "Paltar üçün parça çatmadı" deyərkən, bəziləri Eylül Lizenin üslubunu çox bəyənib.
Vüsalə İbrahimli