AZ

Banklar noyabrda dollar alışını azaldıb - RƏQƏMLƏR

2024-cü ilin noyabrında keçirilən valyuta hərraclarında bankların xarici valyutaya tələbinin azalması müşahidə edilir. 


Sfera.az xəbər verir ki, noyabrın 1-26 tarixləri arasında yeddi hərrac keçirilib və bu hərraclarda ümumilikdə 480 milyon dollar dəyərində xarici valyuta satılıb. Noyabrın qalan günləri ərzində 2 və ya maksimum 3 hərracın keçirilməsi ehtimalı var. Bu hərraclardakı tələbi də nəzərə alsaq, böyük ehtimalla noyabrda dollara tələb oktyabrla müqayisədə azalacaq. Oktyabrda banklar 738,7 milyard dollar dəyərində xarici valyuta almışdılar. 


Ümumilikdə, bu ilin yanvar-oktyabr aylarını əhatə edən on ay ərzində banklar 6 milyard 116,77 milyon dollar dəyərində valyuta alıblar. 


Hərraclarda valyutanı əsasən Dövlət Neft Fondu satır. Fondun büdcəsi haqqında qanuna əsasən 2024-cü ildə fonddan dövlət büdcəsində transfert ediləcək məbləğ 7,518 milyard dolları ötməməlidir. 


Əgər oktyabrdakı kimi yüksək tələb davam edərsə, böyük ehtimalla bankların tələbini ödəmək üçün Azərbaycan Mərkəzi Bankı da valyuta satışını davam etdirməli olacaq. Xatırladaq ki,  oktyabrda Mərkəzi Bank böyük məbləğdə valyuta satıb. Ötən ay satılan 738,7 milyon dollar dəyərindəki valyutanın 174,4 milyon dollarını Neft Fondu, 564,3 milyon dollarını Mərkəzi Bank satıb. Tələb zəifləməsə, Mərkəzi Bank noyabr və dekabrda da böyük həcmdə valyuta satacaq. Əgər hərraclarda tələb zəifləyərsə, o halda ilin qalan dövründə Mərkəzi Bank ya valyuta satmayacaq, ya da satış daha az olacaq. 


Vasif

Seçilən
16
1
sfera.az

2Mənbələr