AZ

Rusiyada 200 HƏDƏF VURULACAQ– Bu ölkələr Rusiyaya qarşı BİRLƏŞDİ: Hərbi qüvvələr HƏRƏKƏTƏ KEÇİR

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlaması ilə Ukraynaya yardımın sona çatacağı gözləntiləri Avropada narahatlıq yaradıb.

Musavat.com xəbər verir ki, Fransanın “Le Monde” qəzeti İngiltərə və Fransanın bir sıra ölkələrlə koalisiya qüvvələri yaratmağı hədəflədiyini yazıb. Koalisiya üçün ən qaynar mövzu Ukraynaya quru qoşunlarının göndərilməsidir. Belə ki, İngiltərə və Fransa Rusiyaya qarşı döyüşən Ukraynaya hərbi hissələr göndərilməsini müzakirə edir.

Qəzetin Britaniya və Fransa hərbi mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, Paris və London Ukraynada başçılıq edəcəkləri koalisiya qüvvələrinin yaradılması variantını da müzakirə ediblər. Bu addımlara səbəb ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evə qayıtmasıdır. Koalisiyaya Polşa və Baltikyanı ölkələrin də qoşulmaq istədiyi bildirilir.

Noyabrın 11-də Fransanın paytaxtı Parisə gedən İngiltərə baş naziri Keir Starmerin Fransa prezidenti Emmanuel Makronla Ukraynaya hərbi dəstək məsələsini müzakirə etdiyi də iddia edilib. Bu səfərdən sonra Fransanın xarici işlər naziri Jan-Noel Barrotun Londona səfəri baş tutub. Bildirilib ki, noyabrın 22-də İngiltərəyə gedən xarici işlər naziri iki ölkənin Ukraynaya qarşı atacağı addımları müzakirə edib. Lakin hələlik rəsmi bəyannamə dərc olunmayıb.

İki ölkə bu məsələləri müzakirə etsə də, digər Avropa ölkələrinin, xüsusən də Almaniyanın nə deyəcəyi maraq doğurur. Rusiyaya qarşı Ukraynanın yanında yer alacaq bu koalisiyanın liderinin kim olacağı da müzakirələr sırasındadır.

Rusiya-Ukrayna müharibəsi Qərbin Kiyevi uzaqmənzilli raketlərlə təmin etməsi fonunda kəskin mərhələyə keçib.

Publika.az xəbərə verir ki, “Bloomberg” nəşri mənbələrə istinadən Böyük Britaniyanın Ukraynaya çoxsaylı “Storm Shadow” (Fırtına kölgəsi) raketlərini göndərdiyini yazır. Bu, Britaniyanın baş naziri Keir Starmerin rəhbərliyi dövründə ilk addımdır.

Nəşr yazır ki, raketlərin çatdırılması bir neçə həftə öncə baş tutub. Anonimlik şərti ilə danışan mənbələr bildirir ki, “Storm Shadow” raketləri Kiyevin uzaqmənzilli mərmi ehtiyatı tükəndikdən sonra verilib. Bu raketlər ABŞ və Böyük Britaniyanın Ukraynaya Rusiyadakı hədəfləri vurmaq icazəsi verməmişdən öncə Kiyevə çatdırılıb. Mənbələr raketlərin dəqiq sayını açıqlamadan imtina ediblər.

“The Wall Street Journal” nəşri isə yazır ki, Böyük Britaniyada 822 “Storm Shadow” raketi var. Hərbi ekspertlərə görə, London öz ehiyatlarını tamamilə tükəndirməkdə maraqlı deyil, bu baxımdan, əlindəki raketlərin təxminən 15 faizini (120-130 ədəd) Kiyevə verə bilər.

Rusiya Baş Qərargahı daha öncə Ukraynaya 200-ə qədər raketin verildiyi haqda açıqlama yaymışdı. “Le Monde” nəşri isə 40 döyüş başlığının verilməsindən yazıb. Hesablamalara görə, Ukraynaya 150-ə yaxın qanadlı raket gətirilib.

“WSJ” yazır ki, Birləşmiş Ştatlar və Böyük Britaniya ATACMS və “Storm Shadow” raketlərindən istifadə edilməklə Rusiya dərinliklərində yerləşən 200-ə qədər hədəfi vurmaq haqda razılaşıb. Bu hədəflər Kuzminki, Rostov, Voronej, Soçi, Krım, Kazan və digər böyük şəhərlərdə yerləşir.

“Röyters” agentliyi də hərbi mənbələrdən Rusiyada vurulacaq hədəflərin bir çox böyük şəhərlərin yaxınlığında və daxilində yerləşdiyini təsdiqlədib. Artıq Ağ Ev də Ukraynaya Kurs vilayətində və yaxın ərazilərində hücumlar həyata keçirmək üçün ABŞ istehsalı olan ATACMS raketlərindən istifadəyə icazə verildiyini ilk dəfə təsdiqləyib. Ukrayna ABŞ və digər Qərb ölkələrindən aldığı silahlarla Rusiya ərazisinə hücumlar həyata keçirsə də, indiyə qədər bu, rəsmi şəkildə etiraf edilmirdi. Ağ Evin rəsmi təsdiqi müharibənin Putinin də qeyd etdiyi kimi, “qlobal xarakter” almasından xəbər verir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Seçilən
4
2
musavat.com

10Mənbələr