AZ

Avropa Rusiyadan daha bir məsələdə asılı olduğunu ELAN ETDİ

“Avropa Rusiya qazından asılılığı gübrə asılılığı ilə əvəz edib”.

Qaziler.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bunu Norveç parlamentinin üzvü Qyuri Melbyu deyib. O, məktubunda Norveçin xarici işlər naziri Espen Bart Eydeni anti-Rusiya sanksiyalarındakı boşluğa diqqət yetirməyə çağırıb.

Deputat izah edib ki, Rusiya Avropa İttifaqına idxal olunan bütün karbamidin üçdə birinə sahibdir. Gübrələr qlobal ərzaq təhlükəsizliyinin bir hissəsi olduğu üçün sanksiyalara məruz qalmır. Bununla belə, sanksiyalar mallara və Rusiya iqtisadiyyatına təsir etmək üçün nəzərdə tutulub.

“Rusiyanın Avropaya kütləvi şəkildə gübrə satması sanksiya qaydalarında açıq-aşkar boşluq olduğunu və bizim Rusiya qazından asılılığımızı Rusiya gübrələrindən asılılıqla əvəz etdiyimizi göstərir”, - deyə parlamentari qeyd edib.

QAZİLER.AZ

Seçilən
7
qaziler.az

1Mənbələr