"Microsoft" qoşulmuş skanerləri olan bəzi kompüterlər üçün "Windows 11" yeniləmələrini bloklayıb. AFN.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.İstifadəçi rəylərinə görə, 24H2 yeniləməsi skanerlərin və skan funksiyası olan digər ofis avadanlıqlarının işində problemlər yarada bilər. Problemlər adətən skaner eSCL (eScanner Communication Language) vasitəsilə Ethernet, Wi-Fi və USB istifadə edərək sənədləri drayverlər olmadan skan etməyə imkan verən protokol vasitəsilə qoşulduqda yaranır.“Windows 11" 24H2 versiyasını quraşdırdıqdan sonra siz eSCL skan protokolunu dəstəkləyən USB-yə qoşulmuş cihazları aşkarlamaqda problemlərlə üzləşə bilərsiniz”, - deyə açıqlama verən "Microsoft" problemi etiraf edib. Şirkətin açıqlamasında qeyd edilib ki, ofis cihazının yenidən yüklənməsi, ayrılması və yenidən qoşulması problemi həll etməyə bilər. Bununla əlaqədar olaraq, əlavənin buraxılmasından əvvəl korporasiya 24H2 yeniləməsinin yerləşdirilməsinin qarşısını almaq qərarına gəlib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta