AZ

Trampın müşaviri Rusiya-Ukrayna müharibəsini ətçəkən maşına bənzətdi

Yanvarın 20-də and içərək ABŞ prezidenti kimi vəzifəsinin icrasına başlayacaq Donald Tramp milli təhlükəsizlik müşaviri Mayk Vals vasitəsilə ölkənin düşmənlərinə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, Vals Trampın Baydenin Ukraynaya Rusiyanı vurmaq icazə verməsi ilə bağlı eyni fikirdə olduğunu deyib.

O, bu məsələlərlə bağlı “Fox News”a müsahibə verib.

Vals Rusiyanın keçən həftə Ukraynanı orta mənzilli ballistik raketlərlə vurmasını gərginliyi artıran növbəti addım kimi dəyərləndirib:

“İndi cavab olaraq Ukraynaya Rusiyanın daha dərinliklərinə hücuma keçməsinə icazə verdik. Təchizat anbarları və hava bazaları kimi yerlər vurulur. Rusiya prezidenti Vladimir Putin keçən həftə ABŞ-ın “ATACMS” və Böyük Britaniyanın “Storm Shadow” raketlərinin Rusiyaya qarşı atılmasından sonra regional münaqişənin qlobal elementlər qazandığını iddia edib. Tramp Baydendən fərqli olaraq Ukraynaya dəstəyi dayandırdığı zaman müharibəni sonlandıracaq”.

Seçilən
16
publika.az

1Mənbələr