AZ

"Rusiyanın 300 milyard dollar aktivləri sülh danışıqlarında "kozır" ola bilər" - "Reuters"

 
"Bu vəsait Trampda təəssürat yaratmaqla bərabər, Putini Ukraynanın tükəndirmə savaşında tab gətirə biləcəyinə inandıracaq..."
 
Əgər Avropa Amerika Birləşmiş Ştatlarına Ukraynanı tammiqyaslı müharibədə bundan sonra da müdafiə etmək üçün pulların tapa biləcəyini vəd edərsə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kreml diktatoru ilə daha sərfəli sövdələşmə bağlaya bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.
 
O cümlədən Avropa İttifaqı Rusiyanın 300 milyard dollarlıq dondurulmuş valyuta ehtiyatlarını işə sala bilər.
 
"Trampın Rusiya prezidenti üçün sərfəli atəşkəs sazişinə gedəcəyindən əsəb keçirən təkcə Ukrayna deyil. Avropa İttifaqı, Böyük Britaniya və Avropanın digər ölkələri də narahatdır. Ukraynanı həssas edən saziş onların təhlükəsliyinə pis təsir edəcək", - məlumatda deyilir.
 
Ona görə də Avropanın Trampı o cümlədən müharibənin uzanacağı təqdirdə Ukraynanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün əlavə vəsaitlərin axtarılması yolu ilə daha ləyaqətli sazişi təşkil etməyə inandırmaq üçün "ciddi stimulu" var. 
 
Həmçinin Avropanın özünün müdafiə sənayesini ləng inkişaf etdirməsi səbəbindən istənilən artan gəlirlərin böyük hissəsinin amerikalı istehsalçılarına çatacağı faktı Trampın xoşuna gələ bilər, KİV-lər yazıb.
 
Nəticədə Tramp Rusiyaya təzyiq üsullarından biri kimi Qərbin cəbhə xəttinin saxlanılması üçün Ukraynaya bütün zəruri olan hərbi və maliyyə dəstəyi göstəriləcəyi ilə bağlı bəyanatından istifadə edə bilər. 
 
"Rusiyanın sonucda qoşunları və pulları tükənəcək, ona görə də ləyaqətli sövdələşmə barədə indi razılığa gəlmək onun maraqlarındadır", - ekspertlər qeyd edib.
 
300 milyard dollar məbləğində olan vəsait Trampda təəssürat yaratmaqla bərabər, Putini Ukraynanın tükəndirmə savaşında tab gətirə biləcəyinə inandıracaq.
Seçilən
16
moderator.az

1Mənbələr