AZ

Mask Angela Merkeli təhqir etdi - SƏBƏB

ABŞ-li milyarder İlon Mask "X" sosial şəbəkəsində Almaniyanın keçmiş kansleri Angela Merkelin tənqidinə reaksiya verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş kansler daha əvvəl  müsahibəsində bildirmişdi ki, Mask kosmosdakı bütün peyklərin 60 faizinə sahibdir. Merkel bu vəziyyətdən, eləcə də milyarderin siyasi baxışlarından hədsiz narahat olduğunu bildirib.

Mask isə bu çıxışa cavabında  "Bu Angela Merkin kimdir?" deyə sosial şəbəkə hesabında münasibət bildirib.

Qeyd edək ki, İlon Mask Merkelin soyadını təhrif etməklə onu porno sənayesində istifadə edilən "merkin" sözü (qasıq nahiyəsinin imitasiyası olan parik) ilə eyniləşdirib.

Fidan
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Seçilən
2
1
milli.az

2Mənbələr