Türkiyənin “Yasak Elma” serialında birlikdə rol alan aktrisa Eda Ece azərbaycanlı həmkarı Nesrin Cavadzadə ilə “Elle” jurnalının 25 illiyi münasibətilə bir araya gəlib.
“Qafqazinfo” xəbər verir ki, Eda instaqram hesabında müğənni Ayşegül Aldinç və Nesrin Cavadzade ilə çəkilmiş şəkli paylaşaraq “mənimkilər” şərhini yazıb.
Qeyd edək ki, “Elle”də bir çox tanınmış simalar da iştirak edib.
Xatırladaq ki, sözügedən serialda Nesrin “Şahika”, Eda isə “Yıldız” obrazını canlandırıb.