Aktual.az xəbər verir ki, bunu deputat Əziz Ələkbərli Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
"SOCAR-ın prezidentinin bu günlərdə imzaladığı cavab məktubundan aydın oldu ki, 2025-2030-cu illərdə Saatlı rayonun 11 kəndindən yalnız 1-nə qaz çəkilə bilər. Digər 10 kəndə 2030-a qədər qaz çəkilməyəcək. Bildirilib ki, ölkə ərazisində qaz olmayan 399 kəndə qaz çəkilməsi iqtisadi cəhətdən səmərəsizdir. Digər rayonları deyə bilmərəm. Ancaq Saatlı rayonunun qazsız kəndləri hamısı bir-birinin yanındadır. Tam düzənlik ərazidir. Qaz magistral xətləri kəndlərin tam kənarından keçir. Belə olan halda qaz çəkilişi iqtisadi cəhətdən niyə səmərəsizdir? Xahiş edirəm, bu məsələ diqqət mərkəzində saxlanılsın”, - deputat vurğulayıb.