“Science Co.” yapon tualet məhsulları istehsalçısı aprel ayında “Osaka Kansai Sərgisi”ndə “insan yuyan maşın” adlandırdığı məhsulunu təqdim etməyi planlaşdırır.

İndex.az xəbər verir ki, Yaponiyanın “Asahi Shimbun” qəzetinin yazdığına görə, kosmos səyahətindən bəhs edən fantastika filmlərindəki yuxu kapsulalarına bənzəyən maşın, promosyon zamanı könüllü olan insanları təxminən 15 dəqiqə ərzində yuyub qurudacaq.

Şirkət iddia edir ki, aparat həm də müalicəvi faydalar təqdim edir. Yaponiyanın başqa bir qəzeti “Mainichi Shimbun” yazıb ki, maşın insanların bədənlərini skan edəcək, onların stress və yorğunluq səviyyələrini ölçəcək və onların ruh vəziyyətinə uyğun görüntülər çıxararaq insan üçün rahatlıq sahəsi yaradacaq.

Digər tərəfdən, “insan yuyan maşın” konsepsiyası əslində 50 ildən çox əvvəl ortaya çıxan bir fikrə əsaslanır.

Futurizmə görə, ilk maşın 1970-ci ildə Osakada keçirilən yarmarkada təqdim edilib. “Sanyo Electric Co. Panasonic” tərəfindən istehsal edilən maşın hazırda elektronika nəhəngi “Panasonic”ə məxsusdur.