Bakı. Trend:
Vergi qanunvericiliyindəki dəyişiklik istiqamətlərindən hər ilbiz vergi inzibatçılığının təkmilləşdirilməsini də nəzərdətuturuq.
Trend xəbərverir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinin rəis müavini Samirə Musayeva "Biznes assosiasiyaları vəsahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçiriləntədbirdə deyib
O bildirib ki, artıq bazar mülkiyyətçisi bazarda yalnız vergiuçotuna alınmış sahibkarın işləməsinə icazə verəcək:
"Məhz bazarlar, bildiyimiz kimi, sahibkarların, xüsusilə dəmikrosahibkarların kütləvi şəkildə fəaliyyət göstərdiyi yerlərdir.Bu zaman bazar operatorları və bazar mülkiyyətçiləri üzərindənhəmin mikrosahibkarların bazardakı obyektin uçota alınmasını təşviqetmək istiqamətində qanunda dəyişikliklər etmişdik.
Artıq bazar mülkiyyətçisi həmin bazarda yalnız vergi uçotunaalınmış sahibkarın işləməsinə icazə verəcək.
Həmin icarə müqaviləsinin qüvvəyə minməsi üçün, həmin icarəmünasibətlərinin leqal şəkildə qüvvədə olması üçün də məhz həminobyektin, həmin sahibkarın təsərrüfat obyekti kimi uçota alınmasıəsas götürülüb".
"Burada xüsusilə vurğulamaq istərdim ki, bazarlarda fəaliyyətgöstərən sahibkarların vergi yükü ümumiyyətlə artırılmır. Buradayeganə məqsəd uçotun, şəffaflığın və qanuni fəaliyyətin bərpaedilməsidir", - deyə o vurğulayıb.