AZ

Rüsum təhdidindən sonra Trüdo Trampla gizli danışıb

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo ilə danışıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, amerikalı siyasətçinin Kanadadan idxal olunacaq bütün məhsullara 25% rüsum tətbiq etmək hədəsinə baxmayaraq, Trampla Trüdonun ticarət və sərhəd təhlükəsizliyi mövzusunda danışıqları yaxşı alınıb. Onların söhbəti ilə bağlı rəsmi açıqlama verilməyib.

“Yaxşı müzakirə olub, bir-biriləri ilə əlaqə saxlayacaqlar”, - agentliyin mənbəsi bildirib.

Xatırladaq ki, Donald Tramp 3 ölkənin bütün mallarına rüsum tətbiq edəcəyini açılayıb. Bu ölkələr arasında Kanada da var.

QAZİLER.AZ

Seçilən
23
qaziler.az

1Mənbələr