AZ

Rusiya-Ukrayna müharibəzi kritik mərhələyə qədəm qoyub – Britaniya Müdafiə Nazirliyinin rəhbəri Con Healy

Ukraynada hərbi münaqişə kritik mərhələyə qədəm qoyub. Bunun fonunda NATO üzvləri öz müdafiələrini gücləndirməlidirlər.

Editor.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin rəhbəri Con Healy deyib. O, bunu Almaniya, İtaliya, Polşa və Fransadan olan həmkarları ilə danışıqlardan sonra bildirib. Healy deyib ki, nazirlər digər məsələlərlə yanaşı, hərbi xərclərin artırılması və Avropanın təhlükəsizliyi üçün “daha çox məsuliyyət daşımaq” zərurətini müzakirə ediblər. O, əmindir ki, hazırkı vəziyyətdə “qlobal təhlükələr güclənir”. NATO ölkələri artıq hərbi-sənaye kompleksinin birgə sənaye proqramlarının intensivləşdirilməsi üzərində işləyirlər. “Ukraynadakı müharibə kritik mərhələyə qədəm qoyub və Avropanın təhlükəsizliyini və kollektiv müdafiəsini təmin etmək üçün daha çox şey etməyə başlamasının vaxtı çatıb. Biz birlikdə NATO-nun şərq sərhədlərini möhkəmləndiririk, hava hücumundan müdafiə sistemlərinin və uzaqmənzilli raketlərin inkişafı sahəsində əməkdaşlığı gücləndiririk”, – nazir deyib.

“Bloomberg”in məlumatına görə, Böyük Britaniya bir neçə həftə əvvəl Ukraynaya onlarla uzun mənzilli “Storm Shadow” qanadlı raketləri verib. Bu, Kiyevi dəstəkləməyə davam edəcəyinə söz verən baş nazir Keir Starmerin hakimiyyətə gəlişindən sonra ilk çatdırılmadır.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
10
1
editor.az

2Mənbələr