AZ

Öcalana azadlığa çıxması üçün sürpriz təklif: Baxçalı açıqladı

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı PKK terror təşkilatının lideri Abdullah Öcalana verdiyi təklifdən danışıb.

Teleqraf.com xəbər verir ki, partiya rəhbəri bundan öncə verdiyi sözün arxasında olduğunu deyib.

“Kürdü türkdən ayırmaq dünyanı günəş sistemindən ayırmaq qədər qeyri-mümkün və axmaqlıqdır. Gələcəyimiz birdir, terroru gündəmimizdən tamamilə çıxarmaq üçün əl-ələ verməliyik. Qəndildə (PKK-nın baş qərargahında) dəmlənənlər qərar verməlidir: separatçı təşkilatların tərəfdarısınız, yoxsa ortaq taleyin? MHP hər sözünün arxasındadır. Oktyabrın 22-də dediklərimizin arxasındayıq. İmralı (Öcalan) ilə DEM (HDP) arasında üzbəüz təmas olmalıdır. Baxışlar mütləq dəyişməlidir”, - Baxçalı vurğulayıb.

Qeyd edək ki, MHP lideri oktyabrda Öcalanı PKK-nın buraxıldığı və tərksilah edildiyini açıqlamağa, terrorçu fəaliyyətdən siyasətə keçməyə çağırmışdı. MHP liderinin fikrincə, Öcalan bunları edərsə, həbsdən azad edilməsi məsələsinə baxıla bilər.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
30
3
teleqraf.com

4Mənbələr