AZ

İsrail ordusunun Livana hücumları nəticəsində ölənlərin sayı artmaqda davam edir

İsrail ordusunun Livanın cənubundakı Sur şəhərinin müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda ölənlərin sayı 23-ə yüksəlib.

Livan Səhiyyə Nazirliyi İsrail ordusunun şəhər mərkəzi, Mareke, Bas, Bazuriye və Ayn Baal bölgələrində həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.

Açıqlamaya görə, 5 bölgədə həyata keçirilən hücumlarda 23 nəfər həyatını itirib, 47 nəfər yaralanıb.

Sur şəhər mərkəzinə edilən hücumda 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bas yolunda baş verən hücumda 7 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.

Hücumda həyatını itirənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün DNT testlərinin aparılacağı bildirilib.

İsrailin Ayn Baal bölgəsinə təşkil etdiyi hücumda 2 nəfər həyatını itirib, 12 nəfər yaralanıb.

Mareke bölgəsinə hava hücumu nəticəsində 9 nəfər ölüb, 16 nəfər yaralanıb.

Bazuriyaya edilən hücumda 4 nəfər ölüb, 3 nəfər yaralanıb.



Seçilən
30
trt.net.tr

1Mənbələr