“İSFA” şirkəti (Azərbaycan) Rusiya Kənd Təsərrüfatı Mərkəzinin Dağıstandakı nümayəndəliyi ilə tərəfdaşlıq müqaviləsi bağlayıb, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yazır.
İdarədən bildirilib ki, imzalanmış sənəd çərçivəsində Azərbaycan sahibkarları Rusiya regionunda meyvə bağları salacaqlar.
İş adamları həm meyvə ağaclarının tingliyi, həm də bağlar salmaq niyyətindədirlər. Ümumilikdə 53 hektar sahədə gavalı, gilas, şaftalı, nektarin becərilməsi nəzərdə tutulur.
Onu da əlavə edək ki, 2024-cü ilin 9 ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi faktiki qiymətlərlə 10,4 milyard manatdan çox olub.
Almaz Həsənli