AZ

"Apple"ın ən nazik smartfonu BU TARİXDƏ təqdim ediləcək - VİDEO

2025-ci ildə təqdim olunması gözlənilən "iPhone 17 Air" (və ya iPhone 17 Slim) "Apple"ın ən nazik smartfonu ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə "The Information" nəşri məlumat yayıb.

Nəşr yazır ki, cihazın qalınlığı cəmi 5-6 mm olacaq və  bu səbəbdən smartfonda SIM kart yuvası yer almayacaq.

Bu nazik dizayn yalnız SIM kart yuvasının olmaması ilə məhdudlaşmır. Məlumata əsasən, "Apple" mühəndisləri daha böyük batareya tutumunu təmin etmək üçün ikinci dinamikdən də imtina etməli olublar.

1732612768-7296.jpg

Texniki Yeniliklər

Modem: İlk dəfə olaraq, "iPhone 17 Air" "Apple"ın özünün istehsal etdiyi 5G modemi ilə təchiz olunacaq. Bu modem daha enerjiyə qənaətlidir, lakin "mmWave" 5G-ni dəstəkləmir, bu da maksimum 5G sürətlərinə nail olmağı məhdudlaşdırır.

Ekran və kamera: Bildirilir ki, "iPhone 17 Air" 6,6 düymlük ekran, 24 MP ön kamera və cəmi bir arxa kameraya sahib olacaq.

Digər xüsusiyyətlər: Alüminium çərçivə, A19 prosessoru, "Face ID", "Dynamic Island texnologiyası" və 8 GB RAM cihazın əsas xüsusiyyətləri kimi gözlənilir.

Hazırda "Apple"ın ən nazik smartfonu 6,9 mm qalınlıqda olan "iPhone 6"dır. Hazırkı "iPhone 16 Plus" isə qalınlığı 7,6 mm olan ən nazik modeldir.

Təqdimat tarixi

"iPhone 17 Air"in sentyabr 2025-ci ildə "iPhone 17", "iPhone 17 Pro" və "iPhone 17 Pro Max" modelləri ilə birlikdə təqdim olunması planlaşdırılır.

Eyni zamanda, 2025-ci ilin martında "Apple"ın büdcəli "iPhone SE"nin yeni nəsli təqdim ediləcək. Bu model "Touch ID"ni ləğv edərək "Face ID" ilə təchiz olunacaq.

Musavat.com

Seçilən
45
50
musavat.com

10Mənbələr