AZ

Bakıda tiktoker qızdan şok: kişini tapıb ayağını öpdürdü - VİDEO

Azərbaycanda tiktokerə görə kişini döyənlər qiyabi həbs ediliblər.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə Nərimanov rayon Məhkəməsi qərar çıxarıb.

Belə ki, tiktoker Duana Quliyeva canlı yayımda olarkən bir nəfər onu söyüb. Duana onu adından tanıyıb və əvvəllər evində işləyən usta olduğunu bilib. Bu barədə o, ustanı ona tanıdan şəxsə məlumat verib. Həmin şəxs digər iki qohumu ilə birgə ustanı taparaq, Nərimanov rayonunda binalardan birinin arxasında Duana ilə görüşdürüblər. Burada usta Duanadan üzr istəyib və onun ayaqqabısından öpməyə məcbur edilib.

Hadisədən sonra usta polisə şikayət edib.  

Nəticədə ustanı döyən 3 nəfər barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Nərimanov rayon Məhkəməsi həmin 3 nəfər barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.

Seçilən
19
21
bizimshow.az

10Mənbələr