1988-ci ildə SSRİ-nin futbol üzrə Olimpiya komandası ən böyük nailiyyətini əldə etdi. Anatoli Bışovetsin rəhbərlik etdiyi komanda Seulda keçirilən Olimpiya Oyunlarının futbol yarışının finalında Braziliya yığmasını məğlub edərək qızıl medal qazandı.
Publika.az xəbər verir ki, bunun üçün futbolçulara səxavətlə təşəkkür edilib. Hər birinə 5000 dollar ödənilib.
Maraqlıdır ki, heç kim komandanın yarışda qalib gələcəyini gözləmiyib. Ona görə də mükafat büdcəsi maksimum üçüncü yer üçün hesablanıb. SSRİ Futbol Federasiyası gözlənilməz nəticə səbəbindən hər bir oyunçuya əlavə 2 min dolları haradan tapacağı üzərində baş sındırmalı olub.
Ancaq məsələ təkcə pulla məhdudlaşmır. Bundan əlavə, SSRİ-də qızıl medalçılara maşın verilirdi. Ancaq komandanın kapitanı Viktor Losev maşın bölgüsündən çox narazı olub. Bu barədə həkimi Zurab Orconikidze açıqlama verib:
“Bışovets, Hacıyev, Salkov və mənə “Volqa” verildi. Oyunçulara isə "Jiquli". Viktor "Bu nədir? “Jiquli” mənim üçün, komandanın kapitanına?!” deyə narazılıq edirdi".
Ancaq xoşbəxtlikdən Losevin bu problem tezliklə həllini tapıb. Qəribə görünsə də, Orconikidze könüllü olaraq "Volqa"sını futbolçuya verməyə razı olub.