AZ

İslamabada ordu yeridildi

İslamabadda etiraz aksiyası zamanı vəziyyət gərginləşib.

Olaylar xarici mətbuata istinadən xəbər verir ki, artan təhlükəyə görə Pakistan ordu hissələri İslamabada yeridilib.

Bu addım Pakistan Təhrik-e-İnsaf (PTI) partiyasının təşkil etdiyi və təhlükəsizlik qüvvələri ilə şiddətli toqquşmalara səbəb olan etirazlardan sonra artan gərginlik fonunda atılıb.

Səlahiyyətlilər təhlükəsizlik işçilərinə ciddi göstərişlər verib, onlara təşviqatçılara qarşı qətiyyətli tədbirlər görmək, o cümlədən iğtişaşçıları göz qarşısında güllələmək kimi ekstremal tədbirlər görmək səlahiyyəti verib.

Qeyd edək ki, noyabrın 24-də müxalif "Ədalət naminə hərəkat" partiyası ümümmilli etiraz aksiyasına başlayıb. Etirazçıların məqsədi federal hakimiyyəti öz tələblərini yerinə yetirməyə vadar etməkdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
1
olaylar.az

2Mənbələr