AZ

I Pyotrun abidəsinin Moskvadan götürülməsi təklif olunub

Rus imperatoru I Pyotrun abidəsinin Moskvadan götürülməsi təklif olunub.

APA-nın Rusiya bürosu xəbər verir ki, belə bir təkliflə Sankt-Peterburq Qanunverici Məclisinin (Zaksobraniye) "Yeni İnsanlar" fraksiyasının rəhbəri Dmitri Pavlov çıxış edib.

O, I Pyotrun abidəsinin Moskvadan Sankt-Peterburqa köçürülməsini təklif edib.

Deputatın fikrincə, Pyotrun yeri Peterburqdur: "Mümkün variantlardan biri, yüzmetrlik abidəni Fin körfəzinin sahillərində yerləşdirməkdir ki, çar şəhərimizə gələn dəniz gəmilərini qarşılasın".

Qeyd edək ki, bir çox moskvalı Pyotrun 30 il bundan öncə heykəltəraş Zurab Tsereteli tərəfindən yaradılmış abidəsini bəyənmir. Onlar hesab edirlər ki, bu, Moskvanın mərkəzini eybəcərləşdirir və tarixi tikililərə uyğun gəlmir.

Seçilən
8
4
apa.az

5Mənbələr