AZ

Ukraynaya rekord sayda dronla HÜCUM

Noyabrın 26-na keçən gecə Rusiya hərbçiləri 188 pilotsuz təyyarə və 4 ballistik raketlə Ukraynaya hücum edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Noyabrın 26-na keçən gecə işğalçılar Voronej və Kursk vilayətlərindən “İsgəndər-M” ballistik raketləri ilə Ukraynaya hücum ediblər. Gecə hücumu zamanı düşmən “Şahed” tipli PUA və naməlum pilotsuz uçuş aparatları ilə rekord sayda hücuma keçib”, - məlumatda deyilir.

Hücumun dəf edilməsi üçün Ukrayna hərbçilərinin aviasiya, zenit-raket bölmələri, elektron döyüş texnikası və mobil atəş qrupları cəlb edilib. Ukrayna ordusu ölkənin 16 regionu üzərində 76 pilotsuz uçan aparatı vura bilib.

“95 İHA yerli olaraq itirildi, ehtimal ki, Müdafiə Qüvvələrinin elektron döyüş qüvvələrinin aktiv müqaviməti nəticəsində beş İHA Belarusa doğru uçdu. Təəssüf ki, kritik infrastruktur obyektlərinə ziyan dəyib. "İlkin olaraq, tələfat və ya xəsarət alan olmayıb", - Hərbi Hava Qüvvələri qeyd edib.

Hücum nəticəsində bir neçə rayonda fərdi və çoxmənzilli binalara ziyan dəyib.

Xəzər

"Cebheinfo.az"

Seçilən
4
cebheinfo.az

1Mənbələr