Asiya İnkişaf Bankının CAREC Proqramının təşkil etdiyi 11 ölkənin iştirakçıları arasından “Gender Climate Awards 2024” müsabiqəsinin qaliblərindən biri Azərbaycandan Fərzəliyeva Elmira olub və noyabr ayında Qazaxıstanda keçirilən tədbirdə Azərbaycanı təmsil etmişdir.
O individual kateqoriya üzrə qalib seçilmişdir indiyə kimi ətraf mütitlə bağlı həyata keçirdiyi layihələrin sayəsində qalib seçilmişdir. Asiya İnkişaf Bankının rəhbər şəxslərinin iştirakı və CAREC proqramının (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) rəsmiləri ilə Qazaxıstanın Astana şəhərində keçirilən gender və iqlim üzrə ekspspertlərin iştirak etdiyi tədbirdə təlim və qaliblərin təltifetmə mərasimi baş tutmuşdur.
Bundan əlavə Elmira Fərzəliyeva İnsan Resurslarının idarə olunması adlı sessiyada spiker kimi çıxış etmiş və öz təcrübələrini bölüşmüşdür.
CAREC Qadın Sahibkarlıq Forumu çərçivəsində Astanada keçirilən tədbirdə əsas məruzəçi kimi çıxış edən Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentində Regional Əməkdaşlıq və İnteqrasiya üzrə Regional Rəhbəri xanım Lyaziza Sabirova gender bərabərliyi və iqlim dəyişikliyi arasında əlaqənin vacibliyini vurğulayıb. O, CAREC proqramının regionda gender bərabərliyi və iqlim davamlılığına yönəlmiş innovativ tədbirlərin həyata keçirilməsinə çağırış edib.