Cari ildə Rusiyadan çıxarılan əcnəbilərin sayı ötən illə müqayisədə 37 faiz artıb.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Məhkəmə İcraçıları Xidmətinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“2024-cü ildə məhkəmə icraçıları 16 mindən çox xarici vətəndaşı Rusiyadan çıxarıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çoxdur”, – deyə məlumatda bildirilir.
Rusiyadan çıxarılan əcnəbilərin əksəriyyəti MDB ölkələrinin, əsasən də Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşlarıdır. Həmçinin onların arasında Burkina Faso, Kot-d'İvuar, Yəmən, Madaqaskar, Latviya, Fransa və Estoniya vətəndaşları var.
Onların hamısı məhkəmə tərəfindən Rusiyaya giriş qaydalarının və ya yaşayış rejiminin pozulması ilə bağlı inzibati xəta törətməkdə təqsirli bilinib. Həmin əcnəbilər növbəti beş ildə Rusiya ərazisinə qayıda bilməyəcəklər.